Əməkdaşımız "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatında iştirak edib

Sosial Tədqiqatlar Mərkəzinin (STM) və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) birgə təşkilatçılığı ilə oktyabrın 30-da STM-də “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı keçirilib.

Təqdimat dövri mətbuatda, sosial şəbəkələrdə və internet resurslarında azərbaycanlılara qarşı davamlı olaraq aqressiv və insan ləyaqətini alçaldan ifadələrin işlənməsi, Ermənistan tərəfindən etnik zəmində ölkəmizə qarşı nifrətin təşviq edilməsi və birgə yaşayışa zərbə vurulması kimi halların qarşısını almaq məqsədilə təşkil  edilib.  

Təqdimatda STM-in İdarə Heyətinin sədri Zahid Oruc, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, baş prokurorun müavini Elmar Camalov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Hüquq və İnsan Haqları İnstitutunun Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasiyev, həmçinin hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

 

 

 




Dərc olunub : 2023-10-30 14:05:00
Oxunma sayı : 66