Əməkdaşımız Başlıbeldə törədilən cinayətlərlə bağlı təşkil olunmuş hesabat yığıncağında iştirak edib

Sentyabrın 28-də “Regional İnsan hüquqları və Media Mərkəzi” İctimai Birliyi Ermənistanın Başlıbeldə törətdiyi müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar üçün ingilis dilində hazırlanmış hesabatını ictimaiyyətə təqdim edib.

Yığıncaq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəstəyi ilə Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini beynəlxalq ictimaiyyətə tanıtmaq məqsədilə təşkil olunub. İnstitutumuzu sözügedən tədbirdə Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasıyev təmsil edib.

İctimai Birliyin hesabatında erməni silahlı birləşmələrinin 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndinin işğalı zamanı kənd sakinlərinə qarşı törətdiyi qətliamla bağlı təkzibolunmaz faktlar, həmçinin onlara vurulan maddi və mənəvi zərər əks olunub. Bununla yanaşı Başlıbel ərazisindəki tarixi və mədəni abidələrə qarşı vandalizm hərəkətləri barədə məlumat verilib. Sonda erməni fitnəkarlığını əks etdirən fotolar nümayiş olunub.

 




Dərc olunub : 2023-09-29 15:13:00
Oxunma sayı : 51