Əməkdaşımız təlimdə iştirak edib

20 oktyabr tarixində Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Aygül Cahangirova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının “BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi və hesabatlılıq” mövzusunda Avropa İttifaqının maliyyə dəstəyi ilə  keçirdiyi təlimdə iştirak edib.
Təlimdə insan hüquqları üzrə əsas monitorinq və qiymətləndirmə bacarıqları, hesabatların hazırlanma qaydaları, həmçinin BMT-nin Müqavilə Orqanları, BMT-nin insan hüquqları mexanizmlərinin şikayət prosedurları barədə geniş nəzəri və praktik məlumatlar verilib.
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, təlimçi Sahib Məmmədov İnsan hüquqlarının monitorinqinin həyata keçirilməsi qaydaları, alternativ (kölgə, əks) hesabatların mahiyyəti, hazırlanması, onların verilməsi prosedurları ilə bağlı çıxış edib.
Təlimdə iştirakçılara alternativ hesabatın strukturu, mövzusu və məlumat toplama mexanizmləri ilə bağlı təqdimat hazırlanması tapşırığı verilib. Əməkdaşımız Aygül Cahangirova tapşırığa uyğun hazırlanmış təqdimatla çıxış edib və fəal iştiraka görə sertifikatla təltif edilib.




Dərc olunub : 2023-10-26 15:03:00
Oxunma sayı : 96