Əməkdaşlarımız beynəlxalq konfransda məruzə ilə çıxış ediblər

İyunun 2-də Bakıda türk dövlətlərinin ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilmiş “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Özbəkistan Respublikası Vəkillər Palatasının birgə təşəbbüsü ilə keçirilən konfransda İnstitutumuzu İdarə Heyətinin sədr müavini Natəvan Rüstəmova, İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı və Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı Səidə Həsənzadə təmsil ediblər.

Tədbirdə əməkdaşlarımız gender bərabərliyi ilə bağlı məsələlərdə insan hüquqlarının qorunması, bu sahədə mövcud problemlər və onların həlli yolları barədə məruzə ilə çıxış ediblər.

Sonda konfrans iştirakçıları tərəfindən “Gender bərabərliyinin təmin edilməsi üzrə” Birgə Bəyanat qəbul edilib.




Dərc olunub : 2023-06-05 18:43:00
Oxunma sayı : 70