Əməkdaşlarımız Cahangir Kərimovun 100 illik yubiley tədbirində iştirak ediblər

Azərbaycan hüquq elminin görkəmli nümayəndəsi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, AMEA-nın həqiqi üzvü Cahangir Kərimovun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Yubiley tədbirində Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı və hüquq tədqiqatçısı Səidə Həsənzadə iştirak ediblər.

Qeyd edək ki, dövlət və hüquq nəzəriyyəsi üzrə tanınmış elm xadimlərindən olan Cahangir Kərimov dövlət və hüquq nəzəriyyəsi, hüququn fəlsəfəsi, hüququn psixologiyası, hüququn kibernetikası və digər istiqamətlər üzrə tədqiqatçı və elmi əsərlərin müəllifidir. Bununla yanaşı, görkəmli alim sovet dövründə və müstəqillik illərində hüquqşünas kadrların hazırlanması işinə misilsiz töhfələr verib.




Dərc olunub : 2023-11-04 16:51:00
Oxunma sayı : 75