Əməkdaşlarımız “Gözlənilən mühakimə” adlı məhkəmə simulyasiyasında iştirak edib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində oktyabrın 26-da Bakı Dövlət Universitetində Hüquq fakültəsinin təsis edilməsinin 95 illiyinə həsr olunmuş “Gözlənilən mühakimə” adlı məhkəmə simulyasiyası keçirilib.
Tədbirdə İnstitutumuzu İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədov və hüquq tədqiqatçısı Qələndər İsbəndiyarov təmsil edib. 
Simulyasiyada məhkəmə baxışının gedişində beynəlxalq təcrübəyə, beynəlxalq və milli hüququn normalarına (AR CPM-in 311.2.1-ci maddəsi) istinad edilməklə qiyabi mühakimə icraatının həyata keçirilməsinin mümkünlüyü ifadə edilib. Həmçinin, beynəlxalq cinayətlərə milli məhkəmədə baxılmasının mümkünlüyü ilə əlaqədar ittihamlar da müzakirə olunub.




Dərc olunub : 2023-10-27 17:17:00
Oxunma sayı : 66