Əməkdaşlarımız “Məlumatların mühafizəsi haqqında hesabat” layihəsinin müzakirəsində iştirak ediblər

İyulun 28-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı ofisinin təşkilatçılığı ilə “Məlumatların mühafizəsi haqqında hesabat” layihəsinin müzakirəsi keçirilib.

Hesabat fərdi məlumatların qorunması, Azərbaycanda kibertəhlükəsizlik və süni intellektlə bağlı qanunvericiliyin təhlilinin aparılması və onun beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə hazırlanmışdır.  Beynəlxalq və yerli ekspertlərin həmmüəllifliyi ilə hazırlanan bu hesabat dövlət orqanlarına təqdim olunmaq üçün nəzərdə tutulub. 

Təqdimatda İnstitutumuzu İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədov və İnsan hüquqları üzrə təlim və ekspertiza  şöbəsinin eksperti Gülnaz Ələsgərova təmsil ediblər.

Məhsuldar müzakirələr zamanı Ü.Məmmədov kibertəhlükəsizlik və süni intellekt sahəsində ortaya çıxan hüquqi problemlər və beynəlxalq təcrübədə onlarla mübarizə üsullarının araşdırılması məsələsinə toxunub.

Ekspert G.Ələsgərova isə çıxışında bu layihənin qanunvericiliyin təkmilləşdirilməsində müsbət rol oynayacağını,  həmçinin fərdi məlumatların mühafizəsi ilə bağlı təklif olunan tövsiyələrin real tətbiq olunacağına böyük ümid bəslədiyini qeyd edib.




Dərc olunub : 2023-07-31 10:40:00
Oxunma sayı : 126