M.N. İmanlı: “Mülkiyyət əleyhinə edilən cinayətlər”<br /> Dərslik

Müvafiq proqram əsasında yazılmış dərslik cinayət hüququnun mühüm bölmələrindən olan mülkiyyət əleyhinə edilən cinayətlərə həsr edilmişdir və ali məktəblərin hüquq fakültələrinin tələbələri üçün nəzərdə tutulmuşdur. Kitabda mülkiyyət əleyhinə edilən cinayətlərlə mübarizəyə dair Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin inkişaf tarixi nəzərdən keçirilmiş, baxılan cinayətlərin təsnifatı verilmiş, bu təsnifat üzrə göstərilən cinayətlərin cinayət-hüquqi təhlili üzərində müfəssəl dayanılmışdır. Bu zaman yeri gəldikcə məhkəmə təcrübəsindən, Azərbaycan Respublikası Ali Məhkəməsi və SSRİ Ali Məhkəməsi Plenumlarının qərarlarından, respublikada mülkiyyət əleyhinə edilən cinayətlərlə bağlı statistik göstəricilərdən, habelə BMT-nin dünyada cinayətkarlığın vəziyyəti barədə Xülasələrinin məlumatlarından istifadə edilmişdir. Kitabda həmçinin bəzi xarici ölkələrin cinayət qanunvericiliyində mülkiyyət əleyhinə edilən cinayətlərin tənzimlənməsi məsələsi öz əksini tapmışdır.
Dərslikdən ali məktəb müəllimləri, ali məktəblərin hüquq fakültələrinin tələbələri, elmi işçilər, aspirant və dissertantlar, habelə hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də cinayət hüququnun müvafiq sahəsi ilə maraqlananlar da faydalana bilərlər.




Dərc olunub : 2018-09-27 15:52:00
Oxunma sayı : 41