Rusiya Federasiyasının nümayəndə heyəti ilə görüş

17 fevral 2023-cü il tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (Mərkəz) İcraçı direktoru Samir Mahmudov və Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Rusiya Federasiyasının Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun (QMHİ) direktoru akademik Taliya Xabriyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir.
Görüşdə Mərkəzin və İnstitutun fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilmiş, gələcək planlar barədə mülahizələr səsləndirilmişdir.
Akademik Taliya Xabriyeva öz növbəsində normativ-hüquqi aktların ekspertizası və hüquq elminin inkişafında rəhbərlik etdiyi QMHİ-nin təcrübəsi haqqında geniş məlumat vermişdir.
Qeyd edilən qurumlar arasında hüquqi ekspertiza və qanunvericiliyin inkişafı sahəsində yaxından əməkdaşlıq edilməsi planlaşdırılır.


Dərc olunub : 17-02-2023

Oxunma sayı : 44