Hüquq və İnsan Haqları İnstitutu ilə Tibb Universiteti arasında “Anlaşma Memorandumu” imzalandı

2018-ci il noyabrın 29-da AMEA Hüquq və İnsan Haqları İnstitutu ilə Azərbaycan Tibb Universiteti arasında hüquq elminin yeni sahəsi – tibb hüququnun tələbələrin tədris proqramına daxil edilməsi üzrə əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Bu elmin tədris edilməsində məqsəd həkim-pasiyent münasibətlərinin nizamlanmasının hüquqi əsaslarını təmin etməkdir.
Memorandumda hüquq və insan haqları sahəsində birgə elmi əməkdaşlıq, tibb hüququ elminin inkişafı, elmi konfransların, dəyirmi masaların, seminarların təşkil edilməsi, elmi məqalələrin və dərsliklərin nəşri, həmçinin tibb hüququ sahəsində milli qanunvericilik üçün layihə və təkliflərin işlənib hazırlanması, fiziki imkanları məhdud olan şəxslərin təlimi və inklüziv təhsili metodologiyasının inkişafı sahəsində təkliflərin hazırlanması öz əksini tapmışdır.
İnstitut tərəfindən artıq tibb hüququ üzrə dərslik hazırlanmış və nəşr olunmuşdur. Gələn il bu dərslik rus dilində təhsil alan tələbələr və eləcə də geniş auditoriya üçün də əlçatan olacaq.


Dərc olunub : 29-11-2018

Oxunma sayı : 0