Azərbaycan Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq memorandumu imzalandı

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutu ilə Azərbaycan Milli Paralimpiya Komitəsi arasında əməkdaşlıq memorandumu imzalandı.

Bu memorandumun imzalanmasında əsas məqsəd -  fiziki məhdudiyyətli  şəxslərin, o cümlədən paralimpiyaçıların hüquq və insan haqları sahəsində birgə fəaliyyətin inkişaf etdirilməsi, paralimpiyaçıların hüquqlarının təmini ilə əlaqədar müxtəlif  layihələrin birgə hazırlanması, fiziki məhdudiyyət sahəsində birgə beynəlxalq layihə və proqramlarda iştirakın təmin olunması, paralimpiyaçıların hüquqlarının təminatına dair mütərəqqi beynəlxalq standartların və təcrübənin ölkəmizdə tətbiqi imkanları və perspektivləri ilə bağlı müzakirələr və bu sahədə maarifləndirmə işlərinin aparılması, paralimpiyaçıların mövcud olan infrastrukturdan istifadələrinə əngəl yaradan maneə və baryerlərin aşkara çıxarılmasını və aradan qaldırılmasını əhatə edən tədbirlərin birgə həyata keçirilməsi, məktəblər, yaşayış evləri,  binalar, yollar, iş yerləri, idman qurğuları,  nəqliyyat və digər və xidmətlərdən paralimpiyaçıların rahatlıqla istifadə imkanlarını nəzərdə tutan minimum standartları və rəhbər istiqamətləri işləyib-hazırlamaq, tətbiqini təşkil etmək və riayət olunmasına nəzarət etmək, eyni zamanda fiziki məhdudiyyətli insanların idmanla məşğul olmaq, təhsil və sosial problemlərinin həlli,  peşə təlimi və reabilitasiyanın təşkili daxil olmaqla, mövzuları əks etdirən fiziki məhdudiyyət siyasətinin inkişaf etdirilməsi və qarşılıqlı şəkildə təlim kursları, konfrans, seminar-treninq və mühazirələr təşkil etməkdir.


Dərc olunub : 12-12-2019

Oxunma sayı : 13