Müasir hüquqi problemlər

“Müasir hüquqi problemlər”. AMEA İnsan Hüquqları İnstitutunun yaradılmasının 15 illiyinə həsr olunmuş kitaba İnstitutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayevanın yeni elm sahəsi olan bioetikanın insan hüquqlarının qorunmasında önəmli rolundan bəhs edən “İnsan hüquqlarının müdafiəsi bioetikanın tərkib hissəsi kimi” və beynəlxalq humanitar hüquq pozuntularının təhlil edildiyi “Механизм имплементации и его содержание в контексте пресечения нарушений международного гуманитарного права” monoqrafiyaları daxil edilmişdir. Nəşrdə oxuculara həmçinin Aytən Mustafayeva və Rauf Qarayevin “Правовые аспекты возмещения ущерба Азербайджану в результате агрессии со стороны Армении” məqaləsi  təqdim edilir. Məqalə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və hərtərəfli nizamlanmasında ən mühüm aspektlərdən sayılan Azərbaycan torpaqlarının işğal olunmasına görə Ermənistanın beynəlxalq-hüquqi məsuliyyətinin müəyyən edilməsi, habelə Azərbaycana dəyən maddi və mənəvi ziyanın ödənilməsi problemlərinə həsr olunmuşdur.




Dərc olunub : 2013-07-02 12:16:00
Oxunma sayı : 30