Oksford universitetindən dəvət

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi, eyni zamanda doktorantı Səid Musayev Amerikanın Qlobal Antisemitizm Siyasəti İnstitutu (Institute for the Study of Global Antisemitism and Policy - İSGAP) tərəfindən Böyük Britaniyanın Oksford Universitetində təşkil olunacaq antisemitizmin müasir problemlərinin elmi-aspektdə öyrənilməsi naminə təşkil olunacaq təlimlərdə iştirakla bağlı dəvət alıb.

Oksford Universitetinin akademik və professorlarının rəhbərliyi altında 16-iyuldan 29 iyula qədər davam edəcək təlimlərin əsas məqsədi dünyada geniş vüsət alan antisemitizm bəlasının fənlərarası aspektlərdə öyrənilib, tədris proqramı hazırlanaraq tədris edilməsidir.

Dünyada antisemitizmə qarşı mübarizə sahəsində tanınan İnstitutlardan biri olan Qlobal Antisemitizm Siyasəti İnstitutu (Institute for the Study of Global Antisemitism and Policy – İSGAP) Şimali Amerikada antisemitizm probleminin elmi sahədə tədqiq olunması məqsədiylə yaradılmış ilk institutdur. Hər il dünyanın qabaqcıl Universitetlərindən olan Harvard Hüquq Elmləri İnstitutu (Harvard Law School), İsrailin Tel-Aviv Universiteti, ABŞ-ın Yal Sosial və Siyasi Araşdırmalar İnstitutu (Yale's Institution for Social and Policy Studies) və Yerusəlim İvrit Universitetində (Hebrew University of Jerusalem) antisemitizmin sosial və elmi mahiyyətinin tədqiq olunması naminə təlimlər təşkil edir.

Xatırladaq ki, Səid Musayev 2016-cı ilin yanvarın 1-dən AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun doktorantıdır və hal-hazırda “Rasizm, Antisemitizm və gənclərin radikallaşmasına qarşı insan hüquqları kontekstində mübarizə təcrübəsi Avropa və Azərbaycanda” mövzusunda tədqiqat işi üzərində çalışır.


Dərc olunub : 11-12-2017

Oxunma sayı : 13