Yüz birinci şans

“...Yüz birinci şans...”. AMEA İnsan Hüquqları İnstitutunun yaradılmasının 15 illiyinə həsr olunmuş kitaba İnstitutun yaradıcısı və ilk direktoru, siyasi elmlər doktoru, mərhum professor Rövşən Mustafayevin 1995-ci ildə işıq üzü görmüş “Azərbaycan dövlətçiliyi: özümüzü və dünyanı dərketmə yolunda” monoqrafiyası və 1993-cü ildə dərc olunmuş “İnkişafın Azərbaycan yolu (Azərbaycan cəmiyyətinin islahatlaşmasının mümkün mexanizmi. İnkişafın Avropa-Asiya modeli)” əsəri daxil edilmişdir. Nəşrdə dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsi, həmçinin milli dövlət ənənələri və günümüzün reallıqları nəzərə alınmaqla, Azərbaycanın inkişaf perspektivinin bir variantı təklif edilir. Oxucular müəllifin vətəndaşlıq fəlsəfəsi, dövlətin rolu və liderlik məfhumu, inkişafın iqtisadi yolları, xarici iqtisadi fəaliyyət, xarici siyasətin  genişlənmə fəlsəfəsi, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri, ölkəmizin geosiyasəti və geoiqtisadiyyatı, Qafqaz evi və s. barədə elmi-təhlili fikirləri ilə tanış ola bilərlər. “İnkişafın Azərbaycanın yolu” eyni adlı konsepsiyanın ümumi müddəalarından bəhs edir.




Dərc olunub : 2013-07-02 12:33:00
Oxunma sayı : 21