Hüquqşünas alimimiz beynəlxalq konfransda çıxış edib

Serbiya Respublikasının Tara şəhərində Beynəlxalq Cinayət Hüququ və Kriminologiya Assososiayasının təşkilatçılığı ilə “Cinayət qanununda məsuliyyət və sanksiya” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransa bir çox Avropa ölkələri ilə yanaşı, MDB-dən Rusiya, Belarus və Azərbaycanın hüquqşünas alimləri dəvət almışdılar.
Respublikamızı konfransda Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov, huquq üzrə elmlər doktoru, professor Xanlar Ələkbərov və Azərbaycan Respublikasının Serbiya respublikasındakı səfirliyinin birinci katibi, hüquq üzrə fəlsəfə doktoru Tehran Şükurov təmsil etmislər.
H.Qurbanov konfrans iştirakçılarının marağına səbəb olan məruzə ilə çıxış etmişlər. H.Qurbanov məruzəsində erməni vəhşiliklərindən və Xocalı soyqırımından bəhs etmiş, sitatlar gətirmişdir. Tərcüməçi bu sitatlardan yayınanda H.Qurbanovun təkidi ilə onları tərcümə etmişdir. Sonda alimlərimizə “Sertifikat”lar verilmişdir.


Dərc olunub : 20-05-2019

Oxunma sayı : 18