Əməkdaşımız “Cinayət prosesində prosessual təminatlar” mövzusunda keçirilmiş onlayn müzakirədə iştirak edib

1 noyabr tarixində İnstitutumuzun əməkdaşı İlham Əliyev Beynəlxalq Sülh və Qanunun Aliliyi üzrə Maks Plank Fondunun (MPFPR),  Azərbaycan Hüquq Cəmiyyətinin (ALS) birgə təşkilatçılığı və Almaniya Federal Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə “Məhkəmə islahatları prosesində qeyri-hökumət təşkilatlarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Cinayət prosesində prosessual təminatlar” mövzusunda keçirilmiş onlayn müzakirədə iştirak etmişdir.
Tədbirdə Avropa İttifaqı və Avropa Şurasının layihələri çərçivəsində hakimlərin Avropaya aparılması, onlara Avropa məhkəmələrinin presedent hüququ ilə bağlı təlimlərin keçirilməsi, məhkəmə qərarlarının elektronlaşdırılmasının həyata keçirilməsi və onların internetdə oxunmasının asanlaşması barədə məlumatlar diqqətə çatdırılıb.
Müzakirələr zamanı hakimlərin Məhkəmə-Hüquq Şurasından asılılığının azaldılması, Ədliyyə Nazirliyinin Məhkəmə-Hüquq Şurasındakı rolunun aşağı salınması, məhkəmə sisteminə nəzarət edən qurumun elə məhkəmənin öz içindən seçilməsi kimi təkliflər səsləndirilib. Həmçinin, aztəminatlı ailələrin sosial hüquqlarının müdafiəsi ilə bağlı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsinə dair məsələlər müzakirə olunub.




Dərc olunub : 2022-11-01 12:31:00
Oxunma sayı : 4