Əməkdaşımızın antik dövrdə və orta əsrlərdə sağlamlığın qorunması hüququ ilə bağlı məqaləsi dərc olunub

İnstitutumuzun Hüquqi tədqiqat şöbəsinin əməkdaşı Zamiq Aslanovun “Antik dövrdə və orta əsrlərdə sağlamlığın qorunması hüququ ilə bağlı ideyaların formalaşması və inkişafı”  başlıqlı məqaləsi dərc edilib. Məqalə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfransının 19 aprel 2023-cü il tarixli materialları toplusuna salınıb.

Məqalədə antik dövrdə və orta əsrlərdə sağlamlığın qorunması hüququ ilə bağlı ideyaların formalaşması və inkişaf tarixinə dair məsələlər təhlil edilir. Araşdırmada sağlamlığın qorunması hüququ sosial-tarixi kateqoriya kimi xarakterizə olunur. Müəllif həm antik, həm də orta əsrlər dövründə sağlamlığın qorunması hüququ ilə bağlı formalaşan yanaşmaların səciyyəvi xüsusiyyətlərini göstərir. Həmçinin, məqalədə müasir tibb qanunvericiliyinin problemlərinin həlli baxımından bu sahədə tarixi təcrübənin öyrənilərək nəzərə alınmasının vacibliyi vurğulanır.

 




Dərc olunub : 2023-05-02 14:58:00
Oxunma sayı : 46