Əməkdaşımızın "Hüquqi elmlər və təhsil" jurnalında məqaləsi dərc edilib

İnstitutun hüquq tədqiqatçısı Qələndər İsbəndiyarovun “Hüquqi elmlər və təhsil” jurnalının 2023-cü il aprel buraxılışında “Cəzaçəkmə müəssisələrində saxlanılan qadın məhkumların sanitar və gigiyenik vasitələr (ləvazimatlar) ilə təminatı normalarına dair bəzi məsələlər” adlı məqaləsi dərc olunub.

Məqalədə cəzaçəkmə müəssisələrində saxlanılan qadın məhkumların sanitar və gigiyenik vasitələr (ləvazimatlar) ilə təmin edilməsi məsələləri AR Cəzaların İcrası Məcəlləsi və AR Nazirlər Kabinetinin Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə qərarı ilə yanaşı işgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın, o cümlədən cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin hesabatlanda verilmiş tövsiyələr əsasında araşdırılmış və onlara dair təkliflər verilmişdir.




Dərc olunub : 2023-04-18 14:54:00
Oxunma sayı : 101