Əməkdaşlarımız BMT-nin keçirtdiyi təlimdə iştirak etmişlər

                                                             

Noyabrın 29-da İnstitutumuzun əməkdaşlarından İdris Zakirov, Araz Abdullasoy,Məhəmməd İmanlı və Afaq Sadıqova ZOOM platforması üzərindən Avropa İttifaqının maliyyə dəstəyi ilə təşkil olunmuş “BMT-nin miqrantların hüquqlarının müdafiəsi sahəsində insan hüquqları alətləri və mexanizmləri” mövzusunda keçirilmiş təlimdə iştirak etmişlər.
Tədbirdə “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiya, həmçinin onun milli səviyyədə icrası və tətbiqi məsələləri müzakirə olunmuşdur. BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin Azərbaycan üzrə qəbul etdiyi yekun qeydlərə və tövsiyələrə baxılmışdır.
Təlim vətəndaş cəmiyyəti nümayəndələri, hüquq müdafiəçiləri və hüquqşünaslar üçün keçirilmişdir. Təlimdə iştirak etmiş əməkdaşlarımıza sertifikatlar təqdim edilmişdir.




Dərc olunub : 2022-11-30 10:31:00
Oxunma sayı : 75