Əməkdaşlarımız FAO tədbirində iştirak edib

31 oktyabr tarixində Zoom platforması üzərindən Dünya ərzaq gününə həsr olunmuş “2022 FAO hüquq mühazirəsinin açılış mərasimi: Heç kim arxada qalmasın. Daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı mühit və daha yaxşı həyat” mövzusunda vebinar keçirilmişdir.
FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) aclığa qalib gəlmək üçün beynəlxalq səylərə rəhbərlik edən  ixtisaslaşmış bir qurumdur.
Qurumun təşkil etdiyi vebinarı Beynəlxalq hüquq üzrə mütəxəssis, bir çox beynəlxalq məhkəmə və tribunallarda məsləhətçi və vəkil kimi fəaliyyət göstərmiş, hüquq professoru, London Universitetinin Kollecində Beynəlxalq Məhkəmələr və Tribunallar Mərkəzinin direktoru, Beynəlxalq hüquqa dair on yeddi kitabın müəllifi Filip Sands aparmışdır.
Vebinarda Beynəlxalq qanun və qida, Beynəlxalq hüquq və balıqçılıq, BMT-nin qida hüquqi üzrə qətnaməsi, BMT-nin ərzaq və kənd təsəruffatı təşkilatının hədəfləri, insan sağlamlığının və ətraf mühitin qorunması, qida istehsalının və istehlakının iqlim dəyişikliyinə təsiri, “Covid 19” virusunun qidalanmaya təsiri geniş müzakirə olunmuşdur. Eyni zamanda insanları aclıqdan azad etmək məqsədinə necə çatmaq olar, qida böhranında beynəlxalq hüquq nə edə bilər, qidalanma səviyyəsinin və həyat səviyyəsinin yüksəldilməsi, kənd təsərrüfatı sahəsində qanuna hansı şəkildə töhfə verilə bilər və bir sıra bu kimi mövzulara toxunulmuşdur.
Vebinarda institutumuzun hüquqşünasları Nərmin Həsənova və Günel Əliyeva iştirak etmişdir.




Dərc olunub : 2022-11-01 12:54:00
Oxunma sayı : 23