Əməkdaşlarımız “VCT dayanıqlıq indeksi - 2021” hesabatının təqdimat mərasimində iştirak ediblər

13 dekabr tarixində İnstitutumuzun əməkdaşları Nərmin Həsənova, Günel Əliyeva və Araz Abdullasoy ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə ICNL və “MG Consulting MMC”-nin əməkdaşlığı çərçivəsində hazırlanmış “VCT dayanıqlıq indeksi - 2021” hesabatının təqdimat mərasimində iştirak etmişlər.
Tədbir Vətəndaş Cəmiyyəti Təşkilatlarının İnkişaf İndeksinin (USAİD Sustainability İndex) 2021-ci il üzrə Azərbaycan ölkəsi üzrə hesabatının ictimaiyyətə təqdim olunması məqsədi ilə keçirilmişdir.
Bu hesabat 20 ildən çoxdur ki, hər il yenilənir və dünyanın 70-dən çox ölkəsində vətəndaş cəmiyyəti təşkilatlarının hüquqi mühiti, maliyyə davamlılığı, ictimai vəkillik, ictimai imici və digər meyarları üzrə dəyərləndirilir.
Azərbaycan üzrə hesabatı təqdim edən “MG Consulting” MMC-nin hüquqşünasları Emin Rzayev və Nurlana Əliyeva təqdimat zamanı bildiriblər ki, hesabatın hazırlanmasında baza kimi 2020-ci ilin hesabatı əsas götürülüb. 2021-ci il üzrə ölkəmizdə 7 sahədən 4-də (hüquqi mühit, maliyyə dayanıqlığı, xidmətlərin göstərilməsi, ictimai imic) müsbət irəliləyiş müşahidə olunub. Üç sahə üzrə (infrastruktur, təşkilatı potensial, ictimai vəkillik) isə vəziyyət 2020-ci illə müqayisədə dəyişməyib.
Təqdimat mərasimində dövlət qurumlarının, Azərbaycanda fəalliyət göstərən beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndələri iştirak etmişlər.




Dərc olunub : 2022-12-14 20:21:00
Oxunma sayı : 3