Hüquqşünaslarımız "Kriminalistika" dərsliyinin təqdimatında iştirak ediblər
20 oktyabr 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış "Kriminalistika" dərsliyinin təqdimatı keçirilib.
Bakı Dövlət Universitetində keçirilən kitab təqdimatında çıxış edən universitetin prorektoru Fərda İmanov, hüquq fakültəsinin dekanı Zaur Əliyev, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri Kamil Səlimov, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Nigar Rəsulbəyova, Əməkdar hüquqşünas İkram Kərimov və b. "Kriminalistika" dərsliyinin yüksək ixtisaslı hüquq kadrlarının hazırlanmasında, cinayətkarlıqla mübarizənin təkmilləşdirilməsi və daha da gücləndirilməsi sahəsində kriminalistik üsul və tövsiyələrin səmərəliliyinin əhəmiyyətli dərəcədə artırılmasında mühüm rol oynayacağını qeyd ediblər.
Təqdimatda xüsusi olaraq vurğulanıb ki, bu kitab kriminalistika elminin ən aktual və mühüm məsələlərini əhatə etməklə yanaşı, kriminalistika elmində yeni nailiyyətləri, eləcə də respublika qanunvericiliyində təsbit olunan ən son dəyişiklikləri də əhatə edir.
Tədbirdə institutun Cinayət hüququ və cinayət prosesi şöbəsinin əməkdaşları h.ü.f.d. Şəlalə Həsənova və h.ü.f.d. Sevinc Hüseynova iştirak etmişdir.
Dərc olunub : 20-10-2022
Oxunma sayı : 68