Əməkdaşlarımız təlimdə iştirak etmişlər

19-20 dekabr tarixlərində institumuzun əməkdaşları Nərmin Həsənova, Vüsalə Muradxanlı, Zamiq Aslanov, Əmrah Rəhimli və Araz Abdullasoy BMT-nin İnkişaf Proqramının qanunun aliliyi və insan hüquqları layihəsi əsasında təşkil edilmiş “Süni intellekt və inkişaf edən texnologiyalar dövründə məlumatların mühafizəsində çətinliklər” mövzusunda keçirilmiş təlimdə iştirak etmişlər.
Təlimin moderatoru Tural Əhməd və təlimçi Virciniya De Nobreqa mövzu ilə əlaqədar slaydlar təqdim etmiş və interaktiv üsulda təlimi təşkil etmişlər.
Təlimdə süni intellektin inkişafı və data məlumatların təhlükəsizliyi, risklər və problemlər ətrafında mövcud qüvvədə olan beynəlxalq müqavilələr, beynəlxalq konvensiyalar və Avropa İnsan hüquqları Məhkəməsinin presedentində olan qərarlar ətrafında müzakirələr aparılmışdır. Eyni zamanda bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsi və Azərbaycan Respublikası qanunvericilik sistemində olan normaların müqayisəsi təhlil olunmuşdur. Təlimçi mövzu üzrə BMT və digər regional mexanizmlərin imkanları və mövcud alətlər ətrafında təlimçiləri məlumatlandırmışdır.
Təlimdə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbüsləri Mərkəzinin əməkdaşları, Ombudsman aparatının nümayəndələri, Vəkillər Kollegiyasının üzvləri, MG Consulting MMC-nin hüquqşünasları və digər şəxslər iştirak etmişlər.




Dərc olunub : 2022-12-21 11:20:00
Oxunma sayı : 34