Regionlarımızda yeniyetmələr üçün təlimlər keçirilib

10 fevral tarixində Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə regionlarımızda (Cəlilabad və Biləsuvarda) yeniyetmələr üçün təlimlər keçirilib.
Hüquqi maarifləndirmə məqsədilə təşkil olunmuş təlimlərdə Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri Vüsalə Muradxanlı, Araz Abdullasoy və İsmayıl Musayev “Erkən nikahlar”, “Məişət zorakılığı”, “Sosial mediada təhqir və böhtana görə hüquqi məsuliyyət” və “Təhsil hüququ: xaricdə təhsil” mövzularında təqdimatlarla çıxış etmişlər.




Dərc olunub : 2023-02-10 14:51:00
Oxunma sayı : 38