Peşə Təhsil Mərkəzinin tələbələri üçün məlumat sessiyası keçirilib
Mayın 30-da Hüquq və İnsan Haqları İnstitutu İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələr üçün “Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda məlumat sessiyası təşkil edib. 18 may-18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirdə peşə məktəbinin 54 tələbəsi iştirak edib.
Tədbirdə İnstitutun təlimçi-eksperti Heydər Həsən oğlu Əliyev tərəfindən iştirakçılara insan hüquqlarının beynəlxalq və milli müdafiə mexanizmlərinin mahiyyəti izah edilib və Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş əsas hüquq və azadlıqlar barədə məlumat verilib. Tələbələrə, həmçinin, mədəni və şəxsi hüquqlar, ekoloji və mülki hüquqlar da şərh edilib.
Sessiya qarşılıqlı dialoq şəraitində keçib, tələbələr mövzu ətrafında fəal müzakirələr aparıblar və onları maraqlandıran suallar cavablandırılıb.
Dərc olunub : 30-05-2025
Oxunma sayı : 50