Polis Akademiyasında İnstitutun nəşr etdirdiyi kitabın təqdimatı olub
Aprelin 14-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Hüquq və İnsan Haqları İnstitutunun nəşr etdiyi "Heydər Əliyev: Cinayətkarlıqla mübarizə" kitabının təqdimatı keçirilib. Tədbirdə çıxış edən Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov polis sistemində aparılan islahatlardan, İnstitutun Akademiya ilə əməkdaşlığından və hazırlanan kitabın tədrisə töhfəsindən danışıb.
İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev kitabı tədbir iştirakçılarına təqdim edərək Ümummilli Lider Heydər Əliyevin cinayətkarlıqla mübarizə sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən, hüquq mühafizə orqanlarına verdiyi tövsiyələrdən və İnstitutun nəşr etdiyi bu kitabın polis əməkdaşları üçün faydalı mənbə olmasından bəhs edib.
Təqdimatda Polis Akademiyasının 29 nəfər zabit və kursant heyəti iştirak edib.
Dərc olunub : 16-04-2025
Oxunma sayı : 68