İmtiyazli vətəndaşlar üçün qanunlar toplusu adli elektron kitabin təqdimat mərasimi keçirildi

 14 iyul 2017-ci il tarixdə AMEA Hüquq və İnsan Haqları İnstitutu “Beynəlxalq Əlillər Cəmiyyəti” İB ilə birgə əməkdaşlıq çərçivəsində “İmtiyazlı vətəndaşlar üçün qanunlar toplusu” adlı elektron kitabının təqdimat mərasimini keçirmişdir.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlilliyi olan insanlar və məhbusların özlərinin və ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihə icra edir.

Layihənin məqsədi qaçqın, məcburi köçkün, müharibə veteranları, əlilliyi olan insanlar və məhbusların özlərinin və ailə üzvlərinin sosial problemlərinin öyrənilərək müsbət həllinə nail olmaqdan, bu istiqamətdə onlarla maarifləndirmə işləri aparmaqdan, həmçinin məhbusların hələ Cəza Çəkmə Müəssisələrindən başlayaraq həyata adaptasiya və reabilitasiyasına köməklik göstərməkdən ibarətdir.

Təqdimatda bir çox dövlət və beynəlxalq təşkilatların, QHT, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişlər.


Dərc olunub : 11-12-2017

Oxunma sayı : 14