Elmin KIV-də təbliği və elmi jurnalistikanın inkişafı mövzusu müzakirə olundu

15 yanvar2015-ci il tarixində AMEA Geologiya və Geofizika İnstitutunda “Elmin KİV-də təbliği, elmi jurnalistikanın inkişafı”mövzusundatədbir keçirildi. Məqsəd Azərbaycan elminin və elmi biliklərin populyarlaşdırılması, kütləvi informasiya vasitələrində geniş təbliği, bu işlərin yüksək səviyyədə təşkili və s. məsələləri müzakirə etmək idi.

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin təşkil etdiyi tədbirdə akademiya institutlarının ictimaiyyətlə əlaqələrə məsul şəxsləri iştirak edirdi. 

Tədbiri giriş sözü ilə AMEA prezidenti akademik Akif Əlizadə açaraq, informasiya və elmi-texniki tərəqqi əsrində elmdə əldə olunan nailiyyətlərin, elmi biliklərin ictimaiyyətə çatdırılması, bu işlərin yüksək səviyyədə təşkilinin önəmliyini bildirdi. Elmin və elmi biliklərin populyarlaşdırılması və təbliğində KİV-in rolundan söz açaraq jurnalistikanın vacib sahələrindən biri olan elmi jurnalistikanın inkişafının, bu sahədə peşəkar qələm sahiblərinin yetişdirilməsinin əhəmiyyətindən danışdı. A.Əlizadə elmi xəbər və materialların, məqalələrin elmi-populyar dildə hazırlanmasında elmi jurnalistlərin üzərinə düşən vəzifələri xüsusilə qeyd edərək bildirdi ki, jurnalistlər elmi istiqamətdə apardıqları araşdırma və tədqiqat mövzuları ilə birbaşa elmin perspektivlərini üzə çıxara bilən əsas fəaliyyət mənsublarıdır.

 AMEA-nın fəaliyyətinin, alimlərin elmi nəticələrinin təbliği, elmin piarının yüksək səviyyədə təşkilinin cəmiyyətin aktual elmi nailiyyətlər haqqında məlumatlandırılmasında mühüm rol oynadığını bildirdi.  AMEA prezidenti jurnalistləri elmdə baş verən yenilikləri, innovativ layihələri, həyata keçirilən mühüm tədbirləri daha operativ işıqlandırmağa, Azərbaycan elmini yüksək səviyyədə təbliğ etməyə səslədi.

Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev çıxış edərək elmdə piar siyasətinin yüksək səviyyədə qurulmasının vacibliyindən, informasiya mübadiləsinin operativliyindən, gənc alimlərin ixtira və tədqiqatlarını geniş şəkildə KİV-ə çatdırmaqdan, elmi perspektivləri daha məqsədəuyğun və oxunaqlı şəkildə ictimaiyyətə yaymağda, AMEA-nın institut və təşkilatlarının veb-saytlarının daha da inkişaf etdirilməsi, elektron-KİV vasitəsilə informasiyanın daha tez ötürülməsinə çalışmaqla  jurnalistlərin üzərinə düşən vəzifələrin geniş müzakirəsi aparıldı.

Sonda akademiyanın elm müəssisələrinin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları bu sahədə görülən işlər barədə məlumat verdilər.




Dərc olunub : 2015-01-15 16:11:00
Oxunma sayı : 3