Qax rayonunun təhsil müəssisələrində “Konstitusiya və suverenliyin zəfər yolu” mövzusunda mühazirə keçirilib
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” və 18 may-18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Qax rayonunun ümumtəhsil məktəblərində maarifləndirici mühazirələr təşkil olunub.
19-20 may 2025-ci il tarixində Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-lisey və Qax rayon Zakir Müslümov adına Qum kənd tam orta məktəbində İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev tərəfindən “Konstitusiya və suverenliyin zəfər yolu” mövzusunda mühazirə keçirilib. Mühazirələrdə ümumilikdə, 60 müəllim və şagird iştirak edib. Tədbir zamanı şagirdlərə konstitusiyanın mahiyyəti, dövlət suverenliyi və bu dəyərlərin qorunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun nəşrləri məktəb kitabxanalarına hədiyyə olunub.
Dərc olunub : 20-05-2025
Oxunma sayı : 46