AMEA-nın İctimaiyyətlə əlaqələr şöbələrinin 2018-ci il üçün hesabatları dinlənildi

Bu gün AMEA Rəyasət Heyəti aparatı Mətbuat və informasiya idarəsi AMEA-nın institut və təşkilatlarının ictimaiyyətlə əlaqələr şöbələrinin 2018-ci il üzrə hesabat iclasını keçirib. Tədbirdə RH aparatı Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev, rəis müavini Ülviyyə Rzayeva və ictimaiyyətlə əlaqələr şöbələrinin müdirləri iştirak ediblər.

Keçən il olduğu kimi bu il də AMEA-nın 10 müxtəlif institut və təşkilatı- İdarəetmə Sistemləri İnstitutu, Dilçilik İnstitutu, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Zoologiya İnstitutu, Mərkəzi Elmi Kitabxana, Milli Azərbaycan Tarixi Muzeyi, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, Mikrobiologiya İnstitutu, Botanika İnstitutu və Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbələrinin mudirləri il ərzində görülən işlərlə yanaşı institutun veb-saytının idarə edilməsi və informasiya təminatı, hesabat ili ərzində KİV-də işıqlandırılan məlumatların statistik göstəriciləri, elmi tədqiqatların, əldə edilən uğurların populyarlaşdırılması və təbliği, institutun fəaliyyətinin sosial mediada təbliği istiqamətində görülən işlər haqda geniş təqdimatla çıxış ediblər. Həmçinin 2018-ci il üçün saytlara edilən müraciətlərin, “Xəbərlər” bölməsi üzrə yerləşdirilən materialların statistikası təqdim edilib. Bundan əlavə, tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən hər bir institutun veb-saytı üzrə aparılan monitorinqin nəticələri də təqdim olunub. 16 tələb üzrə aparılan monitorinqdə müsbət nəticələrlə yanaşı qeyd edilən bir sıra nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlərin görüldüyü də vurğulanıb.


Dərc olunub : 10-01-2019

Oxunma sayı : 12