AMEA insan hüquqları üzrə elmi tədqiqat İnstitutu 2012-ci ilə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 191 №-li 28 avqust 2012-ci il tarixli sərəncama əsasən fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və ya dissertanturaya ( ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Doktoranturaya və ya dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

• ərizə (institut rəhbərinin adına);

• kadrların şəxsi-qeydiyyat vərəqi;

• tərcümeyi-hal;

• iş yerindən xasiyyətnamə;

• 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

• iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

• çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş sureti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

• şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya və ya dissertanturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Doktoranturaya və ya dissertanturaya sənədlər sentyabr ayının 01-dən 30-dək qəbul edilir.

Qəbul imtahanları oktyabr ayında keçiriləcək.




Dərc olunub : 2012-09-07 16:57:00
Oxunma sayı : 2