«İnsanin sağlamlıq hüququ: səhiyyənin hüquqi və etik məsələləri» mövzusunda konfrans

2011-ci il oktyabrın12-də Azərbaycan Milli Elmlər Akademiyasının  İnsan Hüquqları İnstitutunda Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş «İnsanın sağlamlıq hüququ: səhiyyənin hüquqi və etik məsələləri» mövzusunda beynəlxalq elmi-konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə açan İnsan Hüquqları İnstitutunun direktoru, Milli  Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində son illər Azərbaycan səhiyyəsində böyük nailiyyətlərəldə olunmuşdur. Ölkə rəhbərliyi səhiyyə sahəsində aparılan islahatların qarşısına Azərbaycan vətəndaşlarının Konstitusiya hüququ olan sağlamlıq hüququnun təmin olunması üçün tibbi yardımın və səhiyyə xidmətlərinin səviyyəsinin və keyfiyyətinin  yüksəldilməsi vəzifəsini qoymuşdur. Tibbi hüquq sahəsinin ekspert və alimlərinin fikrincə, səhiyyədə olan hüquq pozuntularının kütləvi müzakirəsi, bu sahədə normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi səhiyyə sisteminin təkmilləşdirilməsinin, tibb işçilərinin öz vəzifələrinə səthivə səhlənkar yanaşma halların və gələcək hüquq pozuntularının profilaktikası və son nəticədə, səhiyyə xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm vasitə olaraq qalır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli Azərbaycan milli qanunvericiliyinin vətəndaşlarla ölkə səhiyyə sistemi arasında qarşılıqlı münasibətləri tənzimləməsi və tibb sahəsində baş verən hüquq pozuntularına görə məsuliyyət məsələləri ilə bağlı çıxış etmişdir.

 Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Qənirə Paşayeva həmin səhlənkarlığının  hüquqi və etikaspektləri,  həkim səhlənkarlığının və cəzasızlıq hallarında ictimai anlamda bunun nəticələri mövzusunda məruzə etmişdir.

Konfransda əsas məruzə ilə ÜmumdünyaTibbi Hüquq Assosiasiyasının  üzvü, ABŞ-ın Şimali Karolina Universiteti qlobal ictimai səhiyyə fakültəsinin Səhiyyə sistemləri və onların idarə olunması kafedrasının professoru Din Xarris çıxış etmişdir. O, səhiyyə sahəsində müxtəlif professional hüquq pozuntularının ümumi təsnifatını təqdim edərək, səhiyyə sisteminin bu cür hüquq pozuntularına reaksiya verməli olduğu səbəbləri açıqlamiş, müxtəlif ölkələrdə bu məsələlərin nizamlanması yollarından nümunələrgətirmişdir. Professor qeyd etmişdir ki, beynəlxalq ekspertlərin fikrincə,  bu problemlərə diqqət yetirilməməsi və cəzasızlıq şəraiti tibbi yardımın dinamik inkişaf səviyyəsinin və keyfiyyətinin aşağı düşməsinə; əhalinin səhiyyə sisteminə inamının azalmasına; vətəndaşların xarici ölkələrdə müalicəyə üstünlük verməsinə, bəzi ölkələrdə isə insanların tibbi xidmətlər zamanı onlara dəyən ziyanın əvəzini ödəmək iqtidarında olmayan  hüquq sistemlərinə inamlarının itirilməsinə səbəb olan şəraitlərə gətirib çıxarır. O, Azərbaycanın hazırkı mütərəqqi qanunvericiliyini yüksək qiymətləndirərək müzakirələrin səviyyəsindən razı qaldığını bildirmişdir.

Sonda AMEA İnsan Hüquqları İnstitutunun elmi işlər üzrə direktor müavini, Ümum dünya və Amerika Tibbi Hüquq Assosiasiyalarının üzvü tibb elmləri doktoru, professor Vüqar Məmmədovun «Azərbaycanda tibbi hüququn inkişafı müasir çağırışlara cavab kimi» mövzusunda məruzə etmişdir.

Konfransda Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademiyasının, Səhiyyə Nazirliyinin, ali məktəblərin nümayəndələri, hüquq və tibb sahəsinin mütəxəssisləri və KİV təmsilçiləri iştirak etmişlər.

 

 




Dərc olunub : 2011-10-12 14:59:00
Oxunma sayı : 26