Təlimçimizin Avropa Hüquq Tələbələri Assosiasiyasının gənc üzvlərinə keçdiyi təlim böyük marağa səbəb olub

14 may 2023-cü il tarixində Avropa Hüquq Tələbələri Assosiasiyasının (European Law Students Association-ELSA) təşkilatçılığı ilə Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris Mərkəzində türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illiyinə həsr olunan Milli Məhkəmə Müsabiqəsi çərçivəsində "Mülki mühakimə icraatında kassasiya instansiya" mövzusunda növbəti təlim keçirilib. 

Təlim İnstitutun İnsan Hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlının təqdimatında müxtəlif universitetlərdən qatılan fəal 35 nəfər gənc hüquqşünasının iştirakı ilə reallaşıb.

Təlimdə Mülki işlər üzrə icraat zamanı yuxarı instansiya məhkəmələrinə şikayətin verilmə müddətləri haqqında və qeyd edilən müddətlərin üzrlü səbəblərdən ötürüldüyü hallarda müddətin bərpası ilə bağlı məhkəməyə vəsatət verilməsi barədə geniş müzakirələr iştirakçıların marağına səbəb olub. Bu mövzuda fikir mübadiləsi aparılıb, təhlillər verilib.

 




Dərc olunub : 2023-05-19 17:31:00
Oxunma sayı : 74