Amerika tibbi hüquq kollegiyası tələbə və elmlər doktorları üçün yazı müsabiqəsini elan edir.

Tibb, ayaq xəstəliklərinin müalicəsi, hüquq, stamotologiya, xəsətələrə qulluq, əczaçılıq, tibb elmi, səhiyyənin idarəolunması və ya ictimai səhiyyə sahələri üzrə təhsil alan bütün tələbələr və elmlər doktorları bu yazı müsabiqələrində iştirak etməyə dəvət olunurlar.   

Tələbələrin üçün keçirilən yazı müsabiqəsinin iştirakçıları akreditə olunmuş təhsil müəssəsi tərəfindən verilmiş bakalavr dərəcəsinə və ya ona bərabər tutulan dərəcəyə malik olmalıdırlar.

Elmlər doktorları üçün keçirilən yazı müsabiqəsinin iştirakçıları doktor dərəcəsinə malik olmalıdırlar. 

Tələbər üçün keçirilən yazı müsabiqəsində birinci yer tutan iştirakçı “Hirş” Mükafatı Qalibi elan ediləcək.

Elmlər Doktorları üçün keçirilən yazı müsabiqəsində birinci yer tutan iştirakçı “Orr” Mükafatı Qalibi elan ediləcək. 

Amerika Tibbi Hüquq Kollegiyası seçilən orijinal yazı işləri üçün aşağıdakı mükafatları təklif edir:

1-ci yerin mükafatı – 1000 ABŞ dolları

2-ci yerin mükafatı – 500 ABŞ dolları

3-cü yerin mükafatı – 250 ABŞ dolları

Bütün müsabiqələrə qeydə alınmaq üçün son tarix – 4 Yanvar 2013-cü il.

Tələbələr üçün keçirilən yazı müsabiqəsinin iştirakçıları yazı işlərini info@aclm.orgünvanına göndərməlidirlər.

Elmlər doktorları üçün keçirilən yazı müsabiqəsinin iştirakçıları yazı işlərini christine@wjweiser.comünvanına göndərməlidirlər.

Göndərilən bütün yazı işləri Tibbi Hüquq Jurnalında (Journal of Legal Medicine) və ya tibbi hüquqla bağlı digər nəşrlərdə çap olunmaq üçün nəzərə alınacaqlar. Suallarınızı christine@wiweiser.comünvanına göndərin və ya (847) 969-0283 nömrəsinə zəng edin.

 

Əlavə məlumat :

American College of Legal Medicine Letter

Student Writing Competition in Law, Medicine & Bioethics 2013.pdf

Post Doctoral Student Writing Competition 2013.pdf




Dərc olunub : 2012-09-14 09:21:00
Oxunma sayı : 3