Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsi: dəymiş iqtisadi, ekoloji zərərin qiymətləndirilməsi, gələcək nəsillərə qayğı» mövzusunda elmi praktik konfrans keçirəcək.

AMEA-nın İnsan Hüquqları İnstitutu və Sosial Rifah Partiyası Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında insan hüquq və azadlıqların müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında» 27 dekabr 2011-ci il tarixli 1938 saylı sərəncamının 2.1. «Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köskün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya istimayyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda işin davam etdirilməsi» maddəsini əsas tutaraq AMEA-nın İnsan Hüquqları İnstitutunda 31 may 2012-ci il tarixdə  «Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsi: Dəymiş iqtisadi, ekoloji zərərin qiymətləndirilməsi, gələcək nəsillərə qayğı» mövzusunda elmi praktik konfrans keçirəcək.




Dərc olunub : 2012-05-12 15:54:00
Oxunma sayı : 1