İnstitutun həmkarlar təşkilatının sədri kadr və fəalların ixtisasartırma kurslarında iştirak edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə 22-26 aprel tarixlərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Orqanayzinq:həmkarlar ittifaqı təşkilatının yaradılması, qurulması və möhkəmləndirilməsində yeni yanaşmalar və texnologiyalar” mövzusunda kurslar keçirilmişdir. Kurslarda 24 müxtəlif dövlət, komitə və təşkilatlardan, eləcə də AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu və Elm və Tarix Muzeyini təmsil edən həmkarlar təşkilatı sədr və təşkilati işlər üzrə komissiya sədrləri iştirak ediblər.
Kursda , “Orqanayzinq haqqında anlayış” , “Əmək Məcəlləsində həmkarlar ittifaqı üzvlüyünün motiviasiyasının hüquqi əsasları, “Həmkarlar İttifaqında təşkilat işi” , “Həmkarlar İttifaqı piarının strukturu”, “Münaqişəli vəziyyətlərdə davranışın strategiyası” , “Danışıqların aparılmasının psixologiyası”, “HİT-nin kadr möhkəmləndirilməsinin problemləri”, “Natiqlik bacarığı və auditoriya qarşısında çıxış etmək” və s. bu kimi mövzularda dərslər keçirilib.
Qeyd edək ki, institutumuzu bu 5 günlük təlim kurslarında institutun Həmkarlar Təşkilatının sədri Leyla Cəlil qızı Məmmədova təmsil edib.
Kursun sonunda təlimlərdə iştirak edib kursu bitirən sədrlərə həmkarlar ittifaqının kadr və fəalların hazırlıq və ixtisasartırma kurslarının keçirilməsi haqqında sertifikat təqdim olunub.


Dərc olunub : 26-04-2019

Oxunma sayı : 2