Korrupsiya ilə mübarizədə etik standartların rolu istiqamətində inkişaf etmiş xarici ölkələrin təcrübəsi araşdırılıb

AMEA-nın Huquq və İnsan Haqları institutunun böyük elmi işcisi Vəfa Məmmədovanın həmmüəllifi olduğu "Позитивный законодательный опыт развитых зарубежных стран: роль этических норм в области борьбы с коррупцией" (İnkişaf etmiş xarici ölkələrdə pozitiv qanunvericilik təcrübəsi: korrupsiyaya qarşı mübarizə sahəsində etik standartların rolu) adlı məqalə Bakı Dövlət Universitetinin "Azərbaycan hüquq jurnalı"nda işıq üzü görüb.
Məqalədə gənc Azərbaycan dövləti üçün korrupsiya ilə mübarizə sahəsində pozitiv beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi vurğulanır.
Məqalədə qeyd olunduğu kimi, inkişaf etmiş xarici dövlətlərin qabaqcıl antikorrupsiya reytinqinin qanunvericilik təcrübəsi onu göstərir ki, korrupsiya ilə mübarizədə cinayet-hüquqi tədbirlərdən daha effektiv etik normalar cıxış edir.




Dərc olunub : 2021-09-26 16:42:00
Oxunma sayı : 10