İnstitutumuzun rəhbəri BMT-nin tədbirində iştirak etmişdir

10-11 noyabr 2022-ci il tarixlərində Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə BMT İnkişaf Proqramının İstanbulda keçirdiyi “Şərqi Avropa və Orta Asiyada Biznes və İnsan Haqları 3-cü BMT Regional Forumu”nda iştirak etmişdir.
Tədbirdə 2011-ci ildə qəbul edilmiş BMT-nin Biznes və İnsan Haqları üzrə Təməl Prinsiplərinə uyğun olaraq dövlətin və biznesin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsi, regionda ən son yeniliklər, şirkətlərin insan hüquqlarına daha çox diqqət yetirmələrinin vacibliyi, həmçinin bu sahədə qanunvericiliyin və praktikanın təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılmışdır.
Forumda beynəlxalq təşkilatların təmsilçiləri, müxtəlif ölkələrin dövlət, vətəndaş cəmiyyəti və biznes sahələrinin nümayəndələri, eləcə də alimlər iştirak etmişlər.




Dərc olunub : 2022-11-14 10:07:00
Oxunma sayı : 17