İnstitut rəhbəri Avropa Şurasının tədbirində iştirak edib
27 oktyabr 2022-ci il tarixində Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Avropa Şurasının Bakı ofisi tərəfindən təşkil edilmiş “Qeyri-kommersiya sektorunda çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi riskləri” mövzusunda keçirilmiş seminarda iştirak etmişdir.
Seminarda Dövlət Təhlükəsizlik Xidməti, Ədliyyə Nazirliyi, Maliyyə Monitorinq Xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış edən Məhəmməd Quluzadə iştirakçılara İnstitut haqqında məlumat vermiş və FATF standartları əsasında Azərbaycanda həyata keçirilən tədbirlərdən bəhs etmişdir. O, QHT sektorunun, əsasən, dövlət tərəfindən maliyyələşdiyini nəzərə alaraq terrorizmin maliyyələşdirilməsi baxımından az risk yaratdığını, ümumilikdə vəziyyətin davamlı monitorinq edilməsinin və qanunvericilikdəki boşluqların aradan qaldırılması üçün tövsiyələrin hazırlanmasının vacibliyini vurğulamışdır.
Dərc olunub : 28-10-2022
Oxunma sayı : 40