İnstitutun rəhbəri elmi-praktik konfransda iştirak edib

03 may 2023-cü il tarixində İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı” mövzusunda elmi-praktik konfransda iştirak edib.

Konfransda dərin hörmətlə yad edilən Ulu Öndərin Azərbaycanda insan hüquqlarının inkişafı və təmin olunması istiqamətində möhtəşəm fəaliyyətindən bəhs edilmiş, müstəqil məhkəmədənkənar hüquq-müdafiə mexanizmi olan Ombudsman təsisatının əsasının qoyulmasında onun müstəsna rolu qeyd olunmuşdur. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılan ictimai-siyasi sabitlik, sosial-iqtisadi və mədəni-humanitar sahələrin inkişafı, milli dövlətçiliyimizin möhkəmlənməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində aparılmış mütərəqqi islahatlar nəticəsində ölkəmizin çoxsaylı uğurlara imza atdığını vurğulamışlar.




Dərc olunub : 2023-05-03 15:00:00
Oxunma sayı : 78