İnstitutun beynəlxalq əlaqələri genişlənir.“Qara dəniz və Xəzər dənizi regionu Ölkələri Hüquqşünasları Assosiasiyası” ilə müqavilə

  AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə “Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası” arasında cari il üzrə əməkdaşlıq müqaviləsi bağlanılmışdır.

Hüquq və İnsan Haqları İnstitunun direktoru, hüquq üzrə elmlər doktoru, Milli Məclisin deputatı Aytən xanım Mustafazadə və “Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası”nın sədri, hüquq üzrə elmər doktoru, professor cənab İlham Rəhimov birgə razılıq əsasında qərara gəldilər ki, hüquqi və digər informasiya mübadiləsi, tədris proqramlarının, qanunvericilik təşəbbüslərin xarici ekspertizası, qanunvericiliyin tətbiqi təcrübəsinin və məzmun məsələləri üzrə tərəflərin məsləhətləşmələr keçirilməsi; birgə elmi tədqiqatların aparılması; milli elmi jurnallarda (tərəflərin dövri nəşrləri daxil olmaqla) məqalələrin və birgə tədqiqatların nəticələrinin dərc edilməsi; Azərbaycanda, eləcə də digər ölkələrdə birgə elmi əsərlərin nəşr edilməsi; qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi konfransların, simpoziumların və məsləhət fəaliyyətinin təşkili üzrə əməkdaşlıq həyata keçirsinlər.


Dərc olunub : 11-12-2017

Oxunma sayı : 8