İnstitutda Mülki Müdafiə xəbərdarlıq “Toplanış” məşqi keçirildi

12 mart 2019-cu il tarixində AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Mülki Müdafiə Qərargahının rəisi institutun hərbiləşdirilməmiş Mülki müdafiə dəstələrinə xəbərdarlıq “Toplanış” məşqi keçmişdir.
Məşqin keçirilməsində əsas məqsəd Fövqəladə hadisə zamanı və xəbərdarlıq “Toplanış” siqnalını aldıqda hərbiləşdirilməmiş dəstələrin şəxsi heyətinin davranış qaydaları təcrübəsini artırmaq, bacarıqlarını təkmilləşdirmək və hazır vəziyyətə gətirilməsindən ibarət idi.


Dərc olunub : 12-03-2019

Oxunma sayı : 14