İnstitutda “Sığorta hüququ” mövzusunda mühazirə oxunub

10 mart tarixində Hüquq və İnsan Haqları İnstitutunda Kentukki Universitetinin (ABŞ) professoru Tomas Glassman İnstitut əməkdaşları üçün “Sığorta hüququ” mövzusunda mühazirə oxuyub.

Professor Glassman vətəndaşların sığorta hüquqlarının ABŞ-da səmərəli həyata keçirilmə mexanizmlərindən bəhs edib, insan hüquqlarının pozulması hallarının məhkəmə vasitəsilə bərpa edilməsi, həmçinin öz vəkillik təcrübəsinə əsaslanaraq maraqlı məhkəmə çəkişmələri barədə geniş məlumat verib.
Müzakirələr zamanı İnstitut əməkdaşlarının sualları cavablandırılıb və professor tərəfindən ətraflı şərh edilib.
Tədbirdə İnstitutun rəhbər işçiləri, hüquqşünasları və Bakı Dövlət Universitetinin YUNESKO və insan hüquqları kafedrasının müdiri, professor Əmir Əliyev iştirak ediblər.

 




Dərc olunub : 2023-03-10 10:10:00
Oxunma sayı : 88