İnstitutda “İctimai vəkillik” mövzusunda təlim keçirilib

27-29 aprel tarixlərində Hüquq və İnsan Haqları İnstitutunun texniki dəstəyi ilə Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının təşkil etdiyi “İctimai vəkillik” mövzusunda 3 günlük təlim keçirilib. Təlim peşəkar ekspert, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova tərəfindən aparılıb.

Təlimdə İnstitutun 5 əməkdaşı və 3 stajoru, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər. Proqram çərçivəsində iştirakçılara İctimai vəkillik kampaniyasının həyata keçirilmə strategiyaları, hədəf auditoriyasının seçilməsi, sosial tərəfdaşlıq, ictimaiyyətin fikrinin öyrənilməsi mexanizmləri barədə ətraflı məlumat verilib. Təlim  zamanı iştirakçılar qrup şəklində işləmiş və səmərəli fikir mübadiləsi aparmışlar.

Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunub.




Dərc olunub : 2023-05-01 14:19:00
Oxunma sayı : 86