Böyük siyasətin günahsız qurbanları – “20 YANVAR”şəhidləri anıldı

18 yanvar 2018 –ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunda “20 yanvar” hadisələrinin 28 – ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmiş, böyük siyasətin günahsız qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı xanım Aytən Mustafazadə dünya azərbaycanlılarının yaddaşına həkk olunmuş həmin gecənin unudulmadığını bildirərək, hər bir azərbaycanlı alimin o vaxtkı rəsmi statistik rəqəmlərə istinad etməsinin vacibliyindən, çoxmillətli sakini olan Bakıda müxtəlif xalqların nümayəndələrinin günahsız yerə qətlə yetirildiyindən danışıb.

Daha sonra söz alan digər institut əməkdaşları; Xaqan Balayev, Xalid Niyazov, Əli Rzayev, Elşad Mirbəşiroğlu, Raciv Qurbanov, Mirağa Cəfərquliyev və Lalə Əhmədova məlum hadisələrlə bağlı xatirələrini bölüşüblər.


Dərc olunub : 18-01-2018

Oxunma sayı : 30