Əməkdaşımızın “Qarabağ zəfəri: beynəlxalq hüquq və tarixi reallıqlar kontekstində” monoqrafiyası dərc edilib
İnstitutumuzun əməkdaşı hüquq elmləri doktoru, professor Məhəmməd Nağı oğlu İmanlının “Qarabağ zəfəri: beynəlxalq hüquq və tarixi reallıqlar kontekstində” adlı monoqrafiyası işıq üzü görmüşdür.
Monoqrafiya həm bugünkü, həm də gələcək nəsillər üçün Qarabağ probleminin yaranma tarixi, xalqımızın üzləşdiyi problemlər, beynəlxalq hüquq normalarının ciddi surətdə pozulması və münaqişənin beynəlxalq hüquqi aspektlərinin dəqiq öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Monoqrafiya Azərbaycan və Türkiyə rəhbərlərinin imzaladığı müttəfiqlik haqqında birgə Şuşa Bəyannaməsinin əhəmiyyətindən, bölgənin gələcəkdə sülh və əmin-amanlıq üçün mahiyyətindən bəhs edir.
Dərc olunub : 25-10-2022
Oxunma sayı : 24