İnstitutun nümayəndəsi konfransda iştirak edib

8 may tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Azərbaycan xalqının ümummillli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ulu Öndər Heydər Əliyev hüquqi islahatların banisidir” mövzusunda konfransda İnstitutun İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədov iştirak edib. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olduğunu vurğulayıb. Qeyd edib ki, onun irsinin öyrənilməsinə hələ uzun illər böyük ehtiyac olacaq.

Çıxışlarda Ulu Öndərin məhkəmə-hüquq islahatlarının respublikamızın müasir və demokratik əsaslarla inkişafında mühüm rolu vurğulanıb. 

Konfransın sonunda Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilib.




Dərc olunub : 2023-05-08 10:00:00
Oxunma sayı : 49