Əməkdaşımızın fikirləri Rusiya saytında dərc edilib

Laçın dəhlizində baş verən son hadisələrdən bəhs edən “Почему Армении не нравятся российские миротворцы” (“Rusiya sülhməramlıları nə üçün Ermənistanın xoşuna gəlmir”) adlı məqalə Rusiyanın “Взгляд. Деловая газета” saytında yerləşdirilmişdir. Məqalədə göstərilir ki, Ermənistan lideri N.Paşinyan Rusiyanı günahlandıraraq, Qarabağda yerləşdirilmiş sülhməramlıların öz öhdəliklərini yerinə yetirmədiyini bildirmişdir. Onun sözlərinə görə, Laçın dəhlizinin nəzarət altında saxlanılması öhdəliyi yerinə yetirilmir, guya Azərbaycan Laçın dəhlizini qanunsuz blokadaya almışdır... Lakin Moskva bu ittihamları qəbul etməmişdir.
İnstitutumuzun əməkdaşı Rizvan Hüseynovun fikirlərinə istinad edən məqalə müəllifi göstərir ki, Yerevanın sülh prosesini yenidən aktivləşdirmək qərarı Laçın dəhlizindəki hadisələrlə birbaşa bağlıdır. R.Hüseynovun fikrincə, erməni tərəfi son 10 gündə baş verənləri hətta Leninqradın blokadası ilə müqayisə edir və Azərbaycanın beynəlxalq səviyyədə mühakimə edilməsinə çalışır. Lakin buna nail ola bilmir. Moskvanın erməniləri dəstəkləməməsi Yerevanın qəzəblənməsinə səbəb olub. Əməkdaşımız onu da qeyd edib ki, yeni trend müşahidə olunur: Bakı və Moskvanın münasibətləri tədricən yaxşılaşdıqca, əksinə Yerevan və Moskvanın münasibətləri isə pisləşməkdədir.
Məqaləni linkə daxil olaraq daha ətraflı oxuya bilərsiniz.




Dərc olunub : 2022-12-27 10:42:00
Oxunma sayı : 19