Əməkdaşımızın yüksək impakt faktorlu jurnalda tezisi çap olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət təhlükəsizliyinin hüquqi təminatı” şöbəsinin böyük elmi işçisi Esmira Orucovanın yüksək impakt faktorlu “Elmi iş” beynəlxalq elmi jurnalının “Elmi araşdırmalar və yeniliklər” tezislər toplusunun 1-ci cildinin 1-ci sayında “Beynəlxalq humanitar hüquq normalarına zidd olaraq döyüş əməliyyatlarına muzdluları və terrorçuları cəlb etmişdir” adlı tezisi (səhifə 5-7) çap olunmuşdur.
Tezisdə 44 gün davam etmiş II Qarabağ Müharibəsi zamanı terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanın hərbi-siyasi rəhbərliyinin bəşəri dəyərlərə və beynəlxalq humanitar hüququn ümumi prinsiplərinə hörmətsizlik nümayiş etdirərək, beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, beynәlxalq konvensiyalara zidd olaraq hәrbi әmәliyyatlarda özünün dövlət siyasəti aləti olan terrorçulardan vә muzdlulardan istifadә etməyindən bəhs olunur.
Tezisi linkə daxil olmaqla oxuya bilərsiniz.


Dərc olunub : 31-03-2021

Oxunma sayı : 15