İnstitut əməkdaşları üçün təlim keçirilmişdir

28 dekabr tarixində Hüquq və İnsan Haqları İnstitutunda professor Kamran Behbudov “Kontrakt qanunvericiliyinin post-sovet məkanında inkişafı və Avropa İttifaqının (Aİ) müqavilələrini yeniləşdirmək prinsipləri” mövzusunda təlim keçmişdir.
İnstitut əməkdaşları üçün təşkil olunmuş təlimdə K.Behbudov müqavilə hüququnun anlayışları, tarixi, mahiyyəti, həmçinin keçən əsrlərdə Azərbaycanda bağlanan ticarət razılaşmaları və müqavilələri haqqında geniş məlumat vermişdir.
Tədbirdə mövcud kontraktlar, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında bağlanan əməkdaşlıq memorandumları və sazişləri, TAP və TANAP qaz boru kəməri layihələrinə dair müqavilələrdən bəhs olunmuş və “Xarici sərmayələrin qorunması haqqında” Qanun təhlil edilmişdir. Eyni zamanda, təlimdə anqlo-sakson və şərq ölkələrində müqavilələr sistemi müqayisə edilmiş, mövcud vergi və maliyyə qanunvericiliyi barədə iştirakçılarla fikir mübadiləsi aparılmışdır.
Sonda əməkdaşların mövzu ilə bağlı sualları cavablandırılmışdır.




Dərc olunub : 2022-12-28 09:32:00
Oxunma sayı : 49